EYNİBULAQ – Azәrb. Resp. Siyәzәn r-nunda kәnd. Eynibulaq ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 8 km şm.-q.-dә, Gilgil çayının sahilindәn 3 km aralı, Samur-Dәvәçi ovalığındadır. Əh. 1037 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi, ATS var.