DÚNANTUL – Macarıstanda düzәnlik. Dunay çayının sağ sahilindә, Orta Dunay düzәnliyinin bir hissәsi. Relyefi tәpәli, güclü parçalanmışdır. 150–200 m hünd.-lәr üstünlük tәşkil edir (q.-dә 338 m-әdәk çatır). Әsasәn, qumdaşı vә gillәrdәn ibarәtdir. Qismәn löslәr vә meşәlәrlә örtülüdür. Әkin sahәlәri, bağ vә üzümlüklәr var.