EYNİVAXTLILIQ – mәkanca bir-birindәn ayrı hadisәlәrin eyni zamanda baş vermәsini ifadә edәn fәlsәfi termin. Klassik mexanikada mütlәq zaman vә mәkan barәdә, hәr biri bütün mәkanlara daxil olan anlardan ibarәt vә hәr yerә eyni dәrәcәdә yayılan vahid zaman axını haqqında anlayış mövcud idi. Bu anlayış işıq siqnallarının sonsuz sürәtlә yayılması haqqında fәrziyyәyә әsaslanırdı. İşığın mәhdud sürәtli olduğundan çıxış edәn nisbilik nәzәriyyәsi mütlәq E. anlayışını inkar etdi. İki hadisәnin E.-ı yalnız hәmin hadisәlәri konkret hesablama sistemi çәrçivәsindә nәzәrdәn keçirdikdә әhәmiyyәt kәsb edir. Bir hesablama sistemindә eynivaxtlı olan hadisәlәr digәr hesablama sistemindә müxtәlif vaxtlı olur.