Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EYNİYYƏT

    EYNİYYƏT – bir şeyin (“varlığı olanın”) mәntiqi vә fasilәsiz dәyişkәnliyindә öz-özü ilә әlaqәliliyi vә bu keyfiyyәtdә (özünәbәrabәrliyini tәsdiqlәmәk mәqsәdilә özünә vә “digәrlәrinә” bu haqda danışan “müşahidәçi”) düşünülmәsi. Mәntiqi, fәlsәfi vә sosio-humanitar aspektdәn üç müxtәlif E. anlayışı formalaşmışdır. 1980-ci illәrdәn E. anlayışının universallaşdırılması vә fәnlәrarası sәrhәdlәrin aradan götürülmәsi tendensiyası nәzәrә çarpır.

    Oxşarlığa fәrqdәn daha dәrin mәna verilmәsi әnәnәsinә Aristoteldәn başlayaraq rast gәlinir. Bu anlayış Yeni dövrdә Dekart “cogito”sunun substansionallığı kimi şәrh olunmuş, әn geniş vә adekvat formada isә transsendentalizmdә, xüsusilә Şellinqin “oxşarlıq fәlsәfәsi”ndә ifadәsini tapmışdır. Bu әnәnәdә E. bütün subyektiv aktların әsası kimi “xalis tәfәkkür” vә “qarışıqsız ideal Mәn” strukturlarının eyniliyini ifadә edirdi. Bu zaman E. subyektin şüurundan asılı olmadan öz-özünә mәlum olan vә bilavasitә verilәn kimi çıxış edirdi. Haydeggerә görә, hәr bir varlıq öz-özü ilә, varlıq olduğu üçün isә hәr bir digәr varlıq ilә eynidir. Duns Skotun fәrdilәşdirici “bu” haqqında konsepsiyasına gedib çıxan ikinci fәlsәfi istiqamәti Y.Habermas ayrıca bir şeyin özünәmәxsusluğunun dәrki üçün tәşәkkül tapan diskurslar kimi izah edir vә onun Yeni dövrdә formalaşmasını Leybnitsin adı ilә bağlayırdı. Leybnitsә görә, “hәr bir özütәqdimolunan subyektivlik özü öz üzәrindә mәrkәzlәşmişdir vә dünyanı bütöv kimi özünün unikal üsulu ilә tәsәvvür edir”.

    Sosio-humanitar anlamda E. insanın sabit sәciyyәvi xüsusiyyәtlәr kompleksi vasitәsilә özünüdәrki vә “Mәn kimәm?” sualına cavabıdır. E. insanın bu vә ya digәr sosial qrupa aidlik hissindәn ibarәtdir. Bu hiss sosiallaşma prosesindә müxtәlif qruplarla identifikasiya nәticәsindә, elәcә dә digәr fәrd vә qruplar, davranış modellәri, dәyәr oriyentasiyaları vә s. haqqında tәsәvvürlәrdәn formalaşır. E. insanın başlıca özünütanıma aspektlәrindәn biri kimi ona müxtәlif vәziyyәtlәrdә özü olaraq qalmağa, әtraf mühiti vә özünü qiymәtlәndirmә meyarlarını әldә etmәyә kömәk göstәrir.

    E.-in formalaşa bilmәmәsi, onun fәrdin tәcrübәsi, yaxud onu әhatә edәn insanların tәsәvvürlәri vә gözlәntilәri ilә uzlaşmaması sosial adaptasiyanın vә psixoloji sağlamlığın pozulmasına gәtirib çıxarır. E.-in böhranı, onun tamamilә aradan çıxması vә ya zәiflәmәsi şәraitindә, insan yeni E. axtarmağa cәhd edir. Kütlәvi E. böhranının sәbәbi genişmiqyaslı sosial transformasiyalardır; bu zaman çox sayda insan “Mәn kimәm?” sualına yenidәn cavab vermәli olur. E.-in itirilmәsi nәticәsindә anomiya, depersonalizasiya, marginalizasiya vә s. meydana gәlә bilәr. Bununla belә, E. böhranı müsbәt nәticәlәrlә dә yekunlaşa bilir: yeni vәrdişlәrin, sosial rol vә tәcrübәlәrin qazanılması vә s. Bir sosial qrupun çox sayda üzvündә E.-in pozulması hәmin qrupun varlığına son qoyur.

    Müasir dünyada E.-in әsas tiplәrindәn biri fәrdin dövlәtә (ölkәyә) aidliyinә әsaslanan vә onun makrosәviyyәyә inteqrasiyasını müәyyәnlәşdirәn vәtәndaş E.-idir. Bununla yanaşı, lokal vә regional E.-lәr (ailә, dostlar, qonşular) dә mövcuddur. Etnik, konfessional vә s. E.-lәr dә öz әhәmiyyәtini qoruyub saxlayır. E.-in müxtәlif formaları çox vaxt öz aralarında mürәkkәb qarşılıqlı әlaqәlәrә girir. Sosial E., adәtәn, “bizimkilәr” (obrazı ideallaşdırılmışlar) vә “bizdәn olmayanlar” (“düşmәn obrazı”nda tәsәvvür olunanlar) qarşıdurması sәciyyәsi daşıyır. E.-in mühüm aspekti özünün kişilәrә, yaxud qadınlara aidliyini dәrk etmәkdәn ibarәt olan gender E.-idir (bax Gender).

    Ənәnәvi cәmiyyәtin vә silki sistemin dağılması ilә әlaqәdar olaraq, Yeni dövrdә E. problemi qabarıq şәkil almışdır. 20 әsrdә baş vermiş radikal sosial dәyişikliklәr daşlaşmış әnәnәvi norma vә tәsәvvürlәrdәn qırılmaq hissini güclәndirmişdir. 20 әsrin ortalarında E. probleminin sosiologiya vә sosial psixologiyada dәrindәn araşdırılması müxtәlif sosial qruplar arasındakı mәdәni, dini, etnik, milli E. konfliktlәri ilә şәrtlәnirdi. Bu konfliktlәr dә sosial mobilliyin vә әvvәllәr nadir hallarda tәmasda olmuş qrupların qarşılıqlı әlaqәlәrinin qәfil güclәnmәsi, elәcә dә sosial birliklәrin sürәtlәnәn  diferensiasiyası  vә  kiçik  qrupların muxtariyyәtә can atması ilә bağlı idi. Sosioloji kontekstdә E. anlayışını ilk dәfә D.Rismen işlәtmişdir (“Eyni cür olan kütlә”, 1950). Simvolik interaksionizmdә (Ç.H.Kuli, C.H.Mid, amerikan sosioloqu E.Hoffman) E. fәrdin sosial kommunikasiya prosesindә özünü başqaları ilә müqayisә etmәsi kimi nәzәrdәn keçirilir. Struktur funksionalizmindә (T.Parsons) E. sosial rollarla әlaqәlәndirilir. E. problemi E. vә multikulturalizm, E. vә tolerantlıq problemlәrini qaldıran qloballaşma ilә әlaqәdә daha da aktuallaşmışdır.

    Psixoloji tәdqiqatlarda E.-in formalaşması vә dәyişmәsinin fәrdi mexanizmlәri diqqәt mәrkәzindә dayanır. E.Erikson E.-in qazanılmasını şәxsiyyәtin formalaşmasının yeniyetmәlik vә gәnclik yaşlarına tәsadüf edәn әsas mәrhәlәsi kimi sәciyyәlәndirirdi. Amerikan psixoloqu C.Marsia E.-in dörd әsas tipini müәyyәnlәşdirirdi: “reallaşdırılmış E.” – fәrddә aktiv axtarışın nәticәsi kimi özü haqqında tәsәvvürlәrin formalaşması; “E. moratoriumu” – davam edәn axtarış fonunda problemin hәllindәn müvәqqәti uzaqlaşma; “E. diffuziyası” – konkret davranış modelinin seçilmәsi probleminә etinasız yanaşma; “qabaqcadan müәyyәn edilmiş E.” – fәrdi axtarış vә seçimә әsaslanmama, valideynlәrin ümidlәri vә stereotiplәri ilә şәrtlәnmә. E. problemi bu vә ya digәr formada bütün mühüm hәyati ziddiyyәtlәrdә mövcuddur, belә ki, istәnilәn hәyati seçim özünün variantlarından birini müәyyәn etmәkdir (S.Kyerkeqor). E.Fromm E. probleminin iki alternativ hәlli yolunu göstәrirdi: fәrdi özünütәyinetmә vasitәsilә (daha çәtin vә nadir yol) vә sosial qrupa aidlik vasitәsilә (daha sadә vә geniş yayılmış yol). 20 әsrdә sürәtlә dәyişәn hәyat şәraitinә, texnoloji vә sosial yeniliklәrә görә E.-in qeyri-sabitliyi tәbii hal almışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç