DUNÁY (yun. Іστρος – İstr; lat. Danubius; alm. Donau; macar dilindә Duna; çex dilindә Dunaj; bolqarca, serbcә Dunav; rumın dilindә Dunărea) – Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Rumıniya, Bolqarıstan, Moldova vә Ukraynada çay; uz.-na vә sululuğuna görә Avropanın ikinci (Volqadan sonra) çayıdır. Uz. 2857 km, hövzәsinin sah. 817 min km2-dir. Şvartsvald silsilәsinin ş. yamaclarından (676 m hünd.-dәn) başlanır, Qara dәnizә tökülür.
Дунай. Австрийа
D. üç hissәyә bölünür. Yuxarı D. (Devin Qapılarınadәk) dağ çayıdır; dar vә dәrin dәrәdә axır; aşağı hissәlәrdә çay yatağı 300–400 m-әdәk genişlәnir. Mühüm qolları sağdan İller, Lex, İzar, İnn, Ens, soldan Altmül, Nab, Regen, Moravadır. Orta D. (Devin Qapılarından Dәmir Qapılaradәk), әsasәn, düzәnlikdә (Vyana çökәyi vә Orta Dunay ovalığı) axır; yatağının eni 800– 1000 m-әdәk genişlәnir. Çayın bu hissәsindәki qolları (sağdan Drava, Sava, Velika Morava, soldan Vaq, Qron, İpel, Tisa, Timiş) bolsuludur. A ş a ğ ı D. (Dәmir Qapılardan mәnsәbinәdәk) Aşağı Dunay ovalığında axır. Eni 700 m-dәn 1200 m-әdәk çatır. Mühüm qolları: sağdan Timok, Oqosta, İskır, Vit, Osım, Yantra, soldan Jiu, Olt, Arceş, Yalomitsa, Siret, Prut. Aşağı D. geniş delta (sah. 4200 km2) ilә qurtarır. D.-ın deltası üçün qollar, deltadaxili göllәr, ciilliklәr sәciyyәvidir.
D. qar vә yağış suları ilә qidalanır. Yaz-yay aylarında gursuludur. Ortaillik su sәrfi deltanın yuxarı hissәsindә 6500 m3/san-dir. D. ildә Qara dәnizә 36 mln. t çöküntü vә hәll olmuş mineral maddәlәr gәtirir. Qış sәrt keçdikdә D. (xüsusilә aşağı axını) 1,5 ayadәk donur. D.-ın gәmiçiliyә yararlı yollarının uz. (qolları ilә birlikdә) tәqr. 5000 km-dir. D.-da balıq (ağbalıq, nәrә balığı, durnabalığı, suf, Qara dәnizdәn keçmә siyәnәk) çoxdur.
Regensburq (Almaniya), Lints, Vyana (Avstriya), Bratislava (Slovakiya), Budapeşt (Macarıstan), Novi-Sad, Belqrad (Serbiya), Ruse (Bolqarıstan), Breila, Qalats, Sulina (Rumıniya), Reni, İzmail (Ukrayna) ş.-lәri D. sahilindәdir.
Әd.: М а к с а к о в с к и й В.Л. Большой Дунай. М., 1963; М и х а й л о в В.Н., М о р о з о в В.Н., К о р н и л о в М.В. Гидрология дельты Дуная. М., 2004.