DUNAY DELTASI BİOSFER QORUĞU – Rumıniya (5800 km2) vә Ukrayna (438,6 km2) әrazilәrindә biosfer rezervatı. Avropada әn iri, beynәlxalq әhәmiyyәtli su-bataqlıq tәsәrrüfatıdır; 312 növәdәk köçәri (deltadan istirahәt vә qışlama yeri kimi istifadә edәnlәr) vә yuvalayan su quşları (qutan, qarabatdaq, vağ, leylәk, enliburun, qaraleylәk, ördәk vә s.); yırtıcılardan ağquyruq qartal, çay qaranquşu, su samuru, vәhşi pişik vә s. qorunur. Qoruq Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Дунай Делтасы Биосфер Горуьу. Украйна