DUNÁYETS (Dunajec) – Polşanın c.-unda çay. Vislanın sağ qolu. Uz. 243 km, hövzә- sinin sah. 7,4 min km2-dir. Tatra d-rının şm. yamaclarından başlanır, Qәrbi Beskid d-rını kәsir, aşağılarda Sandomej çuxurunda axır. Yazda daşır. İri SES-lәr (Rojnuv vә Çxuv) var. Mәnsәbindәn 32 km mәsafәdә gәmiçiliyә yararlıdır. Zakopane, Novı-Tarq vә Novı-Sonç ş.-lәri D. sahilindәdir.