Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EYNŞTEYNİUM

    EYNŞTÉYNİUM (Einsteinium), Es – süni radioaktiv kimyәvi element; elementlәrin dövri sisteminin III qrupunda yerlәşir. Aktinoidlәrә aiddir, at. n. 99. Stabil nuklidlәri yoxdur; E.-un kütlә әdәdlәri 243–256 olan 14 radioaktiv nuklidi mәlumdur; onlardan әn çox yaşayanı Es (T1/2 471,7sut) vә Es (T1/2275,7 sut) nuklidlәridir. 1952 ildә A.Qiorso, C.Tompson vә Q.Higgins kәşf etmişlәr. A.Eynşteynin şәrәfinә (1955) adlandırılmışdır.

    Atomun xarici elektron tәbәqәlәrinin ehtimal edilәn konfiqurasiyası 5f 11 6s26p67s2; oksidlәşmә dәrәcәsi +2 vә +3 (daha davamlı) olur. E.-un kristal qәfәsi üzdә mәrkәzlәşmiş kubdur; tәr.860°C. E. kimyәvi xassәlәrinә görә başqa üçvalentli aktinoidlәrә oxşardır. Nadir-torpaq elementlәrin flüoridlәri vә hidroksidlәri ilә birgә çökdürülür; tributilfosfatla vә tenoiltriflüorasetonla zәif turş mәhlullardan ekstraksiya edilir; LiCl, HCl vә NH4SCN sulu mәhlullarında (anionitlәrdә sorbsiya olunan) anion komplekslәr әmәlә gәtirir. E. nuklidlәri tsiklotronda U, Bk vә ya Cf-u N, He vә D-un müvafiq sürәtlәndirilmiş ionları ilә şüalandırdıqda alınır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç