DUNİT (Yeni Zelandiyada Dun d.-nın adından) – ultraәsasi tәrkibli (SiO2 33 – 45%), normal qәlәviliyә malik (Na2O+K2O 0 –1,5%) intruziv süxur. Olivin (90 – 100%), xromit (5%-ә qәdәr), klinopiroksen vә ortopiroksendәn (< 5%) ibarәtdir. Әsasәn serpentinlәşmiş olur. Rәngi yaşılımtılqara, sarımtıl-yaşıl, tünd vә açıq yaşıldır. Teksturu massiv, nadir halda zolaqlı; strukturu tam kristallik, dәnәvәrdir. Tәrkibindәki fayalitin miqdarına görә forsteritli (< 10% fayalit), xrizolitli (10–30%), gialosideritli (30–50%) vә qartonitli ( > 50%) növlәrinә ayrılır. Sıxlığı 3280 kq/m3-dir. D. paralel linzalar, nadir hallarda sill vә iri in- truziv kütlәlәr әmәlә gәtirir.
D. kontinentlәrin qırışıqlıq vilayәtlәrindә, okean qabığının tәrkibindә geniş yayılmışdır; intruziyaların tәbәqәlәnmiş alt horizontları (Böyük Dayka, Buşveld kompleksi) üçün sәciyyәvidir. D.-lә xromit, platin, nikel, kobalt, talk, xrizotil-asbest vә s. faydalı qazıntı yataqları әlaqәdardır. Odadavamlı materiallar istehsalında istifadә edilir.