EYNTHOVEN Villem (21.5.1860, İndoneziya, Semaranq – 29.9.1927, Niderland, Leyden) – Niderland fizioloqu, elektrokardioqrafiyanın banisi. Nobel mükafatı laureatı (1924). Utrext Un-tini bitirmişdir (1885).
1886 ildә Leyden Un-tinin prof.-u olmuş vә ömrünün sonuna kimi bu vәzifәdә işlәmişdir. 1903 ildә ürәyin elektrik aktivliyini qeyd etmәk üçün cihaz quraşdırmış vә 1906 ildә ilk dәfә olaraq diaqnostik mәqsәdlә elektrokardioqrafiyadan istifadә etmişdir. Əsәrlәri, әsasәn, elektrofiziologiya üzrәdir. Neyro-elektrofiziologiya sahәsindә ilk tәdqiqat aparan alimlәrdәn olmuşdur. İmpuls aktivliyini aşkar etmiş vә simpatik sistemin sinir yollarında impuls aktivliyini qeydә almışdır. London Kral Cәmiyyәtinin әcnәbi üzvü seçilmişdir.
Əsәrlәri: Nenes Galvanometer. “Annalen der Plysk”, 1903, Bd 12; Über die Deutung des Elektrokardioqramms. “Pflüqers Archiv für dil gesamte Physiologie des Menchen, und der Tiere”, 1913, Bd 149.