EYRİ FUNKSİYALARI – Wʺ– zW = 0 ikitәrtibli diferensial tәnliyinin hәllәri olan Ai(z) vә Bi(z) funksiyaları (z asılı olmayan dәyişәndir). (–z) arqumentindәn asılı olan E.f. indeksi ν = ± 1/3 olan Bessel funksiyaları ilә ifadә olunur:
E.f. müxtәlif xüsusi funksiyaların asimptotik tәsviri nәzәriyyәsindә böyük rol oynayır. Riyazi fizikada (mәs., yer sәthindә radiodalğaların difraksiyası nәzәriyyәsindә) tәtbiq edilir. C.R.Eyri tәrәfindәn araşdırılmışdır.