ÉYSEL (İjssel) – Niderlandda çay. Reyn çayının sağ qolu. Arnem ş. yaxınlığında ondan ayrılır, Eyselmer (Zeyder-Ze körfәzinin c. hissәsi) göl-körfәzinә tökülür. Uz. 123 km. Düzәnlikdә bәndlәnmiş yataqda axır. Ortaillik su sәrfi tәqr. 280 m3/san, maks. tәqr. 2000 m3/san; qışda gursuludur (sәviyyәsi 4 –7 m qalxır). Gәmiçiliyә yararlıdır. Kanallar şәbәkәsi ilә ölkәnin şm. vә ş. rayonları әlaqәlәnir. Deventer, Evolle şәhәrlәri E. sahilindәdir.
Ейсел чайы. Девентер шящяри.