EYUBOV İkram Ziyәddin oğlu (13.3. 1925, Qazax r-nunun Ürkmәzli k. – 26.2. 2011, Bakı) – Azәrb.-ın әmәkdar baytar hәkimi, klinist. Baytarlıq e.d. (1970). 1949 ildә Qazax Müәllimlәr seminariyasını bitirdikdәn sonra Tovuz r-nunun Şamlıq kәnd orta mәktәbindә müәllim işlәmişdir (1941– 45). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1950). Hәmin ildәn İn-tda baytarlıq rentgenologiyası kabineti yaratmış vә bu fәndәn dәrs demişdir. 1958 ildәn E. Azәrb. Elmi Tәdqiqat Baytarlıq İn-tunda baş elmi işçi vәzifәsindә çalışmışdır. 1972 ildәn 1994 ilә qәdәr hәmin in-tda yoluxmayan xәstәliklәr laboratoriyasının müdiri, 1994 – 2004 illәrdә isә Azәrb. Aqrar Un-tinin Qazax filialında kafedra müdiri vә Qazax tәdris mәntәqәsinin müdiri vәzifәlәrindә çalışmışdır. 2005 ildәn E. yenidәn Baytarlıq İn-tuna qayıtmış vә yoluxmayan xәstәliklәr laboratoriyasının müdiri olmuşdur.
Tәdqiqatları әtraf mühit amillәrinin tәsiri ilә qoyunlarda әmәlә gәlәn endemik xәstәliklәrә (anemiya, ur, ataksiya) vә bunların profilaktikasına, heyvandarlıqda selenin әhәmiyyәtinә hәsr edilmişdir. 150-dәn artıq elmi әsәrin, 2 kitabın, 5 sәmәrәlәşdirici tәklifin müәllifidir. Müәllifi olduğu duş qurğuları Xalq Tәsәrrüfatı Nailiyyәtlәri Sәrgisinin qızıl medalına layiq görülmüşdür.
Əsәrlәri: Baytarlıq tәbabәti (Y.Hacıyev, Ç.Əhmәdov, F.Şirinov, Ə.Mәmmәdova ilә birlikdә). B., 2005.