EYVAZ – Azәrb.-ın Şahbuz r-nunda (Nax. MR), Ayrınc k.-nin ş.-indә orta әsrlәrә aid yaşayış yeri. Arxeoloji axtarışlar zamanı daşdan düzbucaqlı planda inşa edilmiş xeyli tikinti qalıqları, bişmiş kәrpic, dulus çarxında hazırlanmış çәhrayı rәngli şirsiz saxsı mәmulatı (küpә vә sәhәng tipli qablar), möhkәm gövdәli ağac tir qalığı aşkar olunmuşdur. E. yaşayış yerinin 14 –17 әsrlәrә ail olduğu ehtimal edilir.