EYVAZ NEKROPOLU – Ordubad ş.-nin c.-q. hissәsindә arxeoloji abidә. 1980-ci illәrin әvvәllәrindә yerindә avtovağzal inşa edilmişdir. Orada mәrmәrdәn hazırlanmış çoxlu başdaşı tipli qәbirüstü xatirә abidәlәri var idi. Bu abidәlәrin üzәrindә әrәb vә fars dillәrindә kitabәlәr olmuşdur. Qәbiristanlıq sufi şeyxi Pir Eyvazın vәfatından sonra meydana gәlmişdir. Sonralar bu sufi şeyxinin qәbri әtrafında dәfn mәrasimlәri keçirilmişdir. Qәbiristanlıqdakı mәzar kitabәlәrinin tarixlәri orada 16 әsrdәn başlayaraq dәfn mәrasimlәrinin tәşkil olunduğunu söylәmәyә әsas verir.