EYVAZ TÜRBƏSİ – Ordubad ş.-nin c. hissәsindә Pir Eyvaz qәbiristanlığının şm. tәrәfindә memarlıq abidәsi. Mәşhur sufi şeyxi olmuş Pir Eyvazın qәbri üstündә inşa edilmişdir. Qәbrin üstündә sementlә birbirinә bәrkidilmiş mәrmәr başdaşı parçalarının üzәrindә olan kitabә qalıqlarında sufiliklә bağlı yazılar hәkk olunmuşdur. 16 әsrә aiddir. Dağıntıları qalmışdır.