EYVAZALILAR – Azәrb. Resp. Beylәqan r-nunda kәnd. Eyvazalılar ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 10 km şm.-da, Ağcabәdi–İmişli avtomobil yolundan vә Yuxarı Qarabağ kanalından 0,6 km aralı, Mil düzündәdir. Əh. 2760 (2015); pambıqçılıq, taxılçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, kitabxana, uşaq bağçası, klub, rabitә şöbәsi, tibb mәntәqәsi, ATS var.