EYVAZXANBƏYLİ – Azәrb. Resp. Ağdam r-nunun Maqsudlu ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 8 km şm.-da, Qarabağ düzündәdir. Əh. 1658 (2015); işğaldan (1993, iyul) әvvәl taxılçılıq, atçılıq, qoyunçuluq vә quşçuluqla mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, klub, kitabxana, xәstәxana vә Atçılıq z-du var idi.