DUNTİNXÚ – Çinin ş.-indә, Xunan әyalәtindә göl. Yanszı çayı hövzәsindәdir. Gölә Yuanszyan, Syansızyan, Szışuy, Lişuy vә s. çaylar tökülür. Daşqın zamanı (may– sentyabr) axımını tәnzimlәyәn 5 qolla Yanszı çayı ilә birlәşdirilmişdir. Yayda sәviyyәsi 15 m-әdәk qalxır vә sah. 4–5 min km2-dәn 10–12 min km2-ә çatır. Qışda dayazlaşır vә çoxlu ada әmәlә gәtirir. Sahillәri alçaqdır. Gәmiçiliyә yararlıdır. Balıq ovlanır.
Дунтинху эюлц.