DURĞAN – Azәrb. Resp. Lerik r-nunun Şingәdulan ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 18 km şm.-da, dağ әtәyindәdir. Әh. 509 (2011); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, klub var. D. kәndi qәbiristanlığında daş qoç fiquru aşkarlanmışdır.