EYVAZOV Bahadur Əsgәr oğlu (26.10.1907, Qaryagin, indiki Füzuli r-nu – 26.1.1987, Bakı) – dermatoloq, tibb e.d. (1936), prof. (1940). Azәrb. SSR әmәkdar hәkim (1942) vә әmәkdar elm xadimi (1956). 1935–37 il lәrdә Azәrb. Sәhiyyә Komissarlığında elm vә tibb tәhsili idarәsinә başçılıq etmiş, 1938–46 illәrdә Elmi Tәdqiqat Dәri-Zöhrәvi Xәstәliklәri İn-tunun direktoru, 1946–64 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun rektoru vә 1973–87 illәrdә Elmi Tәdqiqat Hematologiya vә Transfuziologiya İn-tunun direktoru olmuşdur. Tәdqiqatları, әsasәn, dәri-zöhrәvi xәstәliklәrin klinikası vә epidemiologiyasının, resp. balneoloji kurort sәrvәtlәrinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şıx mineral bulağı, Şuşa iq lim kurortu vә s.) öyrәnilmәsinә hәsr edilmişdir. Azәrb. SSR Ali Sovetinin (2 vә 5-ci çağırış) deputatı olmuşdur. Azәrb. Resp. Elmi Tәdqiqat Hematologiya vә Transfuziologiya İn-tu E.-un adınadır.