EYVAZOV Bilayәt Yusif oğlu (1.4.1941, Yerevan – 12.7.2005, Bakı) – material şünaslıq sahәsindә Azәrb. alimi, texnika e.d. (1998), prof. (2004). Azәrb. Politexnik İn-tunu (indiki Az.TU) bitirmişdir (1963). 1973–77 illәrdә Əlcәzairdә müәllim, 1981–2001 illәrdә Az.TU-da dekan, 2001–03 illәrdә Universitet Hәmkarlar Komitәsinin sәdri, 2003–05 illәrdә kafedra müdiri vәzifәsindә işlәmişdir. E. 1992 ildә “Metallurq” Mühәndis Mәrkәzinin direktoru, 1991–2004 illәrdә “Korroziya” elmi tәdqiqat laboratoriyasının müdiri vә elmi rәhbәri olmuşdur. Tәdqiqatları metallurgiya proseslәrinin ekologiyası, mәsamәli metal materialların polimerlәrlә isti hopdurulması, korroziyaya davamlılığının artırılması sahәsindәdir. 90-a qәdәr elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanma sında xidmәti var.