EYVAZOV Eyvaz Mülki oğlu (d.1.7.1939, Xudat r-nunun Üzdәnoba k.) – Azәrb. hidromelioratoru. Texnika e.d. (1995), prof. (2014). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1961). E. Azәrb. Elmi Tәdqiqat Hidrotexnika vә Meliorasiya İntunda kiçik elmi işçi, baş elmi işçi (1961–63) olmuşdur. O, 1971 ildәn in-tda drenaj üzrә qrup vә bölmә rәhbәri, 1977 ildәn laboratoriya müdiridir. Tәdqiqatları Azәrb. şәraitindә meliorasiya şәbәkәlәrinin konstruktiv xüsusiyyәtlәrinin araşdırılması, onların sәmәrәliliyinin yüksәldilmәsi sahәsini әha tә edir. E. gilli vә gillicәli torpaqların meliorasiyası üçün 2 vә 3 yaruslu, nizamlanan üfüqi örtülü drenaj sisteminin müәllifidir. Örtülü drenaj konstruksiyaları vә sistemlәrini tәdqiq etmiş, torpaq-qruntların xüsusiyyәtlәrini nәzәrә almaqla, örtülü boruvarı drenajın süzgәc materiallarının qranulometrik tәrkibini müәyyәnlәşdirmiş, açıq kollektor vә drenlәrin lildәn tәmizlәnmә normalarını işlәyib-hazırlamışdır. 68 elmi әsәr, 2 ixtira müәllifi olan E.-un kollektor-drenaj şәbәkәlәrinin istismarı, meliorasiya olunmuş torpaqlarda drenaj suyundan su birriqasiya üsulu ilә istifadә, drenaj sistemlәrinin yenidәn qurulması, meliorasiya şәbәkәlәrinin etibarlılığının artırılması üzrә tәqiqatları da vardır.