EYVAZOVA Roza Hüseyn qızı (d.16.4.1937, Bakı) – Azәrb. dilçisi, şәrqşünas, filologiya e.d. (1996). Azәrb. Dövlәt Un-tini (indiki Bakı Dövlәt Un-ti) bitirmişdir (1959). 1967 ildәn MEA-nın Nәsimi ad. Dilçilik İn-tunda kiçik elmi işçi, böyük elmi işçi vәzifәsindә çalışmış, 1998–2014 illәrdә Dil әlaqәlәri şöbәsinin müdiri olmuşdur. Hazırda Sosiolinqvistika vә dil siyasәti şöbәsindә baş elmi işçidir. Əsas tәdqiqatları Kişvәri poeziyasının dilinә vә Əfqanıstanda türkmәnşәli toponimlәr mövzusuna hәsr olunmuşdur. 150-dәn çox elmi әsәrin, o cümlәdәn “Orta әsr әdәbi dil әlaqәlәrinin Kişvәri әsәrlәrindә tәzahürü” (1999), “Əfqanıstanda türkmәnşәli toponimlәr” (1995), “Kişvәri divanının dili” (2005), “Bakı urbonimlәri” (2010) kitablarının müәllifi, “Dәricә – azәrbaycanca lüğәt”in tәrtibçisidir.