Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DUVANNI QAZ-KONDENSAT YATAĞI

    Azәrb. Resp. Şamaxı-Qobustan neftli-qazlı r-nunda yerlәşir. Sahәdә struktur xәritәyә alma işlәri aparılmışdır. Struktur tektonik cәhәtdәn tağ hissәdәn uzununa keçәn qırılmalarla mürәkkәblәşmiş qırışıqdan ibarәtdir. Şm.-q. qanadda layların yatım bucağı 20–25°, c.-ş. qanadda 25–39°-dir. Yatağın Mәhsuldar qatının VІІ horizontuna görә (Qaradağ bölgüsü üzrә) qazlılıq sahәsi 19 km2-dir. Sahә 1937 ildә axtarış-kәşfiyyat qazmasına daxil edilmiş vә 1941 ildә sәnaye әhәmiyyәtli qaz axını (quyu №2, VІІ horizont, 75 min m3/gün qaz) alınmışdır. Yataq 1955 ildә işlәnmәyә daxil edilmişdir. Sahәdә aparılmış struktur-xәritәyәalma vә dәrin qazma işlәri nәticәsindә, әsasәn, qumlu-gilli, qumdaşı vә alev rolitli fasiyalardan ibarәt Abşeron, Akçaqıl mәrtәbәlәri vә Mәhsuldar qat çöküntülәrinin böyük hissәsi (Qırmaki lay dәstәsinin üst hissәlәri daxil olmaqla) açılmış, yatağın litostratiqrafiyası vә tektonikası öyrәnilmişdir; Mәhsuldar qatın VІІ vә V horizontlarının mәhsuldarlığı müәyyәn edilmişdir. V horizont (yatağın şm.-q. hissәsi) qazla, VІІ horizont (yatağın c.-ş. hissәsi) qaz vә kondensatla doymuşdur. V horizontda orta mәsamәlik 21%, keçiricilik 0,08–0,162 mkm2, VІІ horizontda isә orta mәsamәlik 19%, keçiricilik 0,01–0,096 mkm2 tәşkil edir. Qazın xüs.ç. 0,60 q/sm3-dir, tәrkibi, әsasәn metandan (93%), az miqdarda etan, propan, butan vә karbon (CO2) qazından ibarәtdir. Kondensatın xüs.ç. 0,778 q/sm3-dir. İşlәnmәnin әvvәlindәn 1.1.2011 il tarixinә 850 mln. m3 qaz, 18 min t kondensat hasil olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV