EYVAZOVA Şәfiqә Alxas qızı (d.9.3.1947, Bakı) – Azәrb. kamançaçalanı. Azәrb. Resp. xalq artisti (2000). Azәrb. Dövlәt Konservatoriyasını bitirmişdir (1971). 1963–76 illәrdә Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәtinin xalq çalğı alәtlәri orkestri vә Ə.Dadaşovun rәhbәrlik etdiyi ansamblın (hazırda Ə.Dadaşov ad.) solisti olmuşdur. 1965 ildәn solo konsertlәrlә çıxış edir. Reper tuarına “Rast”, “Çahargah”, “Rahab”, “Şur”, “Şüştәr” vә s. muğamlar, Azәrb. vә xarici ölkә bәstәkarlarının әsәrlәri daxildir. Klassik muğam ifaçıları әnәnәlәrinin davamçısı olan E.-nın ifası üçün güclü musiqi duyumu, texniki kamillik sәciyyәvidir. E. keçmiş SSRİ xalqlarının folklor musiqi sifestivallarında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların 3-cü Beynәlxalq simpoziumunda (1987, Sәmәrqәnd), elәcә dә YUNESKO xәtti ilә ABŞda keçirilәn “Şәrq xalqlarının musiqi folkloru” festivalında (1988, A.Qasımov vә R.Quli yevlә birgә), Ümumittifaq estrada artistlәrinin müsabiqәsindә (1973, Voronej) iştirak etmişdir. 1974–2003 illәrdә Azәrb. Dövlәt Kon servatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dәrs demiş (1999 ildәn prof.), 2003 ildәn Azәrb. Milli Konservatoriyasında çalışır. E. bir çox xarici ölkәdә qas trolda olmuşdur.