EYVBERİ (Avebury) – Uiltşirdә (B.Britaniya) eyniadlı kәnddә Neolit – Erkәn Tunc dövrünә (e.ә. 2100–1650) aid meqalit ibadәtgahlar vә sәrdabalar kompleksi. Diametri tәqr. 350 m olan kromlex dikinә qoyulmuş tәqr. 100 daşdan (hәr daşın çәkisi 50 t-adәkdir) ibarәtdir, sәdd vә xәndәklә әhatәlәnmişdir. Böyük kromlexin daxilindә iki kiçik kromlex (diametri tәqr. 108 m) yerlәşir. Bu kompleksdәn c. istiqamәtindә iki konsentrik dairәdәn ibarәt olan Overtonhill kromlexinә qәdәr mengir xiyabanı (2,3 km) uzanır. E. yaxınlığında uzun kurqanlar vә meqalit sәrdabalar yerlәşir.
Ейвбери мегалит комплекси.