ÉYZENAX, A y z e n a x (Eisenach) – AFR-dә Türingiya federal әrazisindә şәhәr. Əh. 42,8 min (2010). Türingiya Meşәsi d-rının әtәyindә, Hörzel çayı sahilindәdir. D.y. qovşağı. Şәhәr 11 әsrdә salınmışdır. İ.S.Baxın vәtәnidir. Vartburq qәsri, Karlsplats, Marktplats (Müq. Georgi fәvvarәsi buradadır), Yakobsplan, Frauenplan (İ.S.Baxın ev-muzeyi vә heykәli burada yerlәşir) meydanları, Şәhәr sarayı (1742 vә 1745), ratuşa, Kreytsnaxerin evi vә qraf iqamәtgahı (1539), Martin Lüterin evmuzeyi vә abidәsi, R.Vaqnerin ev-muzeyi, Kartaus bağı vә qalereyası, Müq. Georgi kilsәsi (12 әsr, barokko üslubunda), Ayzenax teatrı (1879), ağac vә kәrpicdәn inşa edilmiş ensiz (2,05 m) ev şәhәrin baxımlı yerlәrindәndir. Avtomobil (“Varburq” minik avtomobillәrinin istehsalı vә s.), elektrotexnika, toxuculuq, yeyinti, mebel vә kimya sәnayesi var. Turizm mәrkәzidir.
Ейзенах шящяриндян эюрцнцш.