EYZENŞTÉYN Sergey Mixayloviç (22.1.1898, Riqa – 11.2.1948, Moskva) – rus rejissoru, ssenarist, incәsәnәt nәzәriyyәçisi. RSFSR әmәkdar incәsәnәt xadimi (1935), SSRİ Dövlәt mükafatı laureatı (1941, 1946), sәnәtşünaslıq doktoru (1939). Riqa realni mәktәbini bitirmiş (1915), Petroqrad Mülki Mühәndislәr İntunda oxumuşdur (1915–18). Dövlәt Ali Rejissorluq Emalatxanasında V.E.Meyerholddan dәrs almış, S.İ.Yutkeviçlә birgә Mәrkәzi maarifçilik vә N.M.Foreggerin teatrlarında tamaşalara tәrtibat vermişdir. 1923 ildәn E. teatr emalatxanalarına rәhbәrlik etmiş, 1928 ildәn Kinematoqrafiya İn-tunda dәrs demişdir (1937 ildәn prof.). 1925 ildә E.-in ilk filmi – “Tәtil” ekranlara çıxmışdır. Elә hәmin il E. 1905 il inqilabının 20 illiyinә hәrs olunmuş “Potyomkin” zirehli gәmisi” filmini çәkmişdir. Burada onun yenilik axtarışları, emosionallığı ilә seçilәn müxtәlif epizodların әvәzlәnmәsi, ritm, qәdim yunan faciәlәrinә oxşar әzәmәtli kompozisiya hәllini tapmışdır. E.-in rej. Q.V.Aleksandrovla birgә çәkdiyi “Oktyabr” (1927) vә “Köhnә vә tәzә” (1929) filmlәri dә onun әhәmiyyәtli işlәrindәndir. 1929 ildә E. sәs texnikası ilә tanışlıq mәqsәdilә rej. Aleksandrovla birgә Qәrbi Avropa vә Şimali Amerikada olmuş, Berlin, Paris, Sürix, Brüssel, London, Antverpen vә s. şәhәrlәrdә rus incәsәnәti haqqında mühazirә vә mәruzәlәrlә çıxış etmişdir. 1930 ildә rus sәnәtkarları “Paramaunt” firmasının dәvәti ilә Hollivudda olarkәn E., Aleksandrov vә ingilis әdibi A.Montegyu ilә birlikdә B.Sandrarın “Zutter qızılı” vәT.Drayzerin “Amerika faciәsi” romanları әsasında novator dәyәrә malik, kәskin sosial mәzmunlu ssenarilәr yazsalar da, Amerika prodüserlәri ssenaridәn imtina etmişdilәr. Yazıçı E.Sinklerin mәslәhәti ilә E. Meksika haqqında mәnzәrә filmi çәkmәyә razılıq vermişdir. Bir ildәn artıq Meksikada çalışan rus sәnәtkarları “Oahakedә zәlzәlә” (1931) filmini vә Meksikanın minilliklәri әhatә edәn özünәmәxsus mәdәniyyәti haqqında “Yaşasın Meksika!” epopeyasının neqativini çәkmişlәr. Vәsaitin olmaması, hökumәtlә çәkişmәlәr, hәmçinin sovet kinematoqrafiyası rәhbәrlәrinin tәkidi ilә onlar çәkilişlәri yarımçıq saxlayıb, Meksikanı tәrk etmişlәr. Yalnız 1979 ildә SSRİ Dövlәt Film Fondu tәrәfindәn çәkilәn bütün kadrlar әldә olunmuş, Aleksandrov E.-in librettosu vә yazıları әsasında filmi montaj etmişdir (Beynәlxalq kinofestivalın fәxri Qızıl prizi, Moskva, 1979). Bir sıra uğursuzluqdan sonra E. yaradıcılıq böhranından çıxış yolunu yazıçı P.A.Pavlenko ilә “Aleksandr Nevski” filmindә (1938) tapdı. İkinci dünya müharibәsi başlayanda E. “İvan Qroznı” filmi üzәrindә çalışırdı. Filmin 1-ci bölümü 1945 ilin әvvәlindә, 2-ci bölümü isә 1945 ilin sonunda başa çatmışdır (ekranlara 1958 ildә çıxmışdır). E. hәyatının son günlәrinәdәk “Biganәliyi sevmәyәn tәbiәt”, “Montaj”, “İşıqlı kino”, “Stereoskopik kino” tәdqiqatları, kino sәnәtinin tarixi, publisistik mәqalәlәr üzәrindә gәrgin iş aparmış, ictimai fәaliyyәtlә mәşğul olmuşdur.
Ə s ә r l ә r i: Избранные статьи. М., Искусство, 1956; Избранные соч., т.1. М., 1964–71.
Əd.: В и ш н ё в с к и й Вс., Эйзенштeйн, М., 1939; Ш к л о в с к и й В.Б. Эйзенштейн, 2-е изд. – М., Искусство, 1976.