EZÁNA – Aksum çarı [tәqr. 325–375]. E.-nın hakimiyyәti dövründә Aksum çarlığı iqtisadi, siyasi vә mәdәni inkişafının yüksәk sәviyyәsinә çatmış, Cәnubi Ərәbistan sahillәrindә Aksumun hakimiyyәti möhkәmlәnmiş, Qıez vә Meroe çarlıqları, hәmçinin beqa (beca) tayfası yenidәn tabe edilmişdi. E.-nın dövründә Qıez dilindә әdәbiyyat formalaşmış, yazı islahatı keçirilmiş, Aksumda xristianlıq yayılmağa başlamışdı.