Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EZERO

    ÉZERO – Cәnub-Şәrqi Bolqarıstanda eyni adlı kәndin әrazisindә çoxtәbәqәli ibtidai mәskәnin qalıqları. 1952–58 illәrdә Bolqarıstan EA Arxeologiya İn-tu (V.Mikov) vә 1961–70 illәrdә bolqar–sovet ekspedisiyası (G.Georgiyev, N.Y.Merpert) tәrәfindәn tәdqiq olunmuşdur. Mәdәni tәbәqәlәri (tәqr. 10 m) Neolit, Eneolit vә Erkәn Tunc dövrlәrinә (e.ә. 5-ci minilliyin әvvәllәri – 3-cü minilliyin sonları) aiddir. Erkәn Tunc dövrünә aid tәbәqәdәn (qalınlığı 4 m) ardıcıl olaraq bir-birini әvәz edәn, daş divarlarla әhatәlәnmiş 13 mәskәnin qalığı aşkar edilmişdir. Gillә suvanmış hörmә divarları, bәzәn dә apsidası olan düzbucaqlı evlәrdә (10×4 m) dairәvi ocaqlar vә böyük tağlı sobalar var idi. Qazıntılar zamanı çaxmaq daşıdan (oraq tiyәlәri, bıçaqlar, qaşovlar), daş dan (baltalar, kәrkilәr, çәkiclәr, hәvәngdәstәlәr, dәnәzәnlәr), sümük vә buynuzdan (biz vә toxalar) әmәk alәtlәri, daş vә gildәn tökmә formaları, müxtәlif quruluşlu cilalanmış vә hәndәsi ornamentlәrlә bәzәdilmiş keramika (pifosa bәnzәr taxıl saxlama qabı, camlar, sәhәnglәr, bardaqlar), qabları düzәltmәk üçün dulus dirәklәri, gildәn vә buynuzdan kiçik insan vә heyvan fiqurları tapılmışdır. E. sakinlәri әkinçilik (arpa, buğda) vә heyvandarlıqla (inәk, qoyun, keçi, donuz) mәşğul olmuşlar. E.-dakı tapıntılar әsasında Cәnub-Şәrqi Bolqarıstanda Baden mәdәniyyәtinin tәsiri ilә formalaşmış vә Egey–Anadolu mәdәniyyәtlәri (bax Egey mәdәniyyәti) ilә bağlı olan Tunc dövrünә (e.ә. 3-cü minillik) aid arxeoloji mәdәniyyәt müәyyәnlәşdirilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç