EZOFAQOSKÓP (yun. οισοφάγος – qida borusu +...skop) – qida borusunun daxili sәthinin yoxlanılması üçün optik vә işıqlandırıcı sistemlәr, hәmçinin kömәkçi alәtlәr dәsti ilә tәchiz olunmuş 0,6–0,8 m uz.-nda borucuq. Cihazın konstruksiyası sәrt vә ya әyilgәn olur; birinci halda әsas element metal boru, ikincidә isә әyilgәn lifli-optik mildir. Əyilgәn E. daha geniş tәtbiq olunur. Qida borusunun divarlarının daha yaxşı müayinәsi üçün E. ultrasәs vericilәri ilә birlikdә istifadә edilir (bax hәmçinin Ezofaqoskopiya).