EZOFAQOSKOPİYA – e z o f a q o s k o p vә ya b r o n x o e z o f a q o s k o p vasitәsilә qida borusunun daxili sәthinin müayinәsi. Cihaz ağızdan daxil edilir (yerli ağrısızlaşdırma vә ya narkozla). E. diaqnostika vә müalicә mәqsәdilә tәtbiq edilir. Onun kömәyilә qida borusunun şişlәrini vә s. xәstәliklәrini, deşiyinin çapıq daralmasını aşkar etmәk olur; biopsiya, bujlama aparılır; yad cisim vә kiçik şişlәr müәyyәn edilir vә kәnarlaşdırılır. Əvvәllәr geniş yayılmış bәrk polad ezofaqoskopun әvәzinә, 20 әsrin 70-ci illәrindә kliniki praktikaya lifli optika ilә tәchiz olunmuş elastiki fibroskoplar daxil oldu (bax Endoskopiya). Bu cihazın tәtbiqi zәdә alma tәhlükәsini azaldır.