EZOFAQOTOMİYA – qida borusundan әtraf sahәyә keçmәklә onun mәnfәzini açmaq üçün divarının yarılması vә ya kәsilmәsi әmәliyyatı. E. qida borusundan yad cisimlәri kәnar etmәk, onun keçmәzliyini (mәs., şişin inkişaf etmәsi nәticәsindә) aradan qaldırmaq üçün tәtbiq edi lir. Hazırda endoskopiyanın geniş tәtbiq olunması sayәsindә E. nadir hallarda lazım gәlir. Qida borusunun kәsilmәsi, әsasәn, onun ucunun dәriyә tikilmәsi ilә eksperimental fiziologiyada istifadә olunur.