EZÓP (Αίσωπος) – e.ә. 6 әsr yunan tәmsilçisi. Tәmsil janrının banisi, yaxud hәmin janrı formaya salan ilk әdib hesab olunur. Hәyatı haqqında mәlumatlar әfsanәlәrә әsaslanır. Bütün antik tәmsillәr, demәk olar ki, ona aid edilir. E.ә. 4–3 әsrlәrdәn eramıza qәdәrki tәmsillәr “Ezop tәmsillәri” adı altında toplanaraq, әvvәllәr mәktәblәrdә dәrslik kimi istifadә olunmuş, sonralar son antik vә Bizans dövrlәrinin kütlәvi әdәbiyyatına çevrilmişdir. Belә toplular 10–15 әsrlәrә aid bir çox әlyazmalarda saxlanmışdır. Bu toplulara tәxminәn 300 tәmsil daxildir; tәmsillәr qısa vә konkret tәhkiyә üslubundadır. Dili sadә, anlaşıqlı vә xalq danışıq üslubuna yaxındır. Personajlar şәrtidir. E. tәmsillәrinin süjeti qәdim Roma şairlәri Fedr vә Babridәn, J.Lafonten vә İ.A.Krılova qәdәr uzun bir müddәt әrzindә Avropa tәmsil әdәbiyyatının әsas süjet fondu nu tәşkil etmişdir. Azәrb. әdiblәrindәn A.Bakıxanov, S.Ə.Şirvani, Q.Za kir, M.Ə. Sabir, A.Şaiq, H.Ziya vә b. E. tәmsil süjetlәrindәn yararlanmışlar.