DUZ TEKTONİKASI – Yer qabığının çökmә tәbәqәlәrinin qırışıqlıq deformasiya növü. Duz yataqlarının yayıldığı sahәlәrdә duz kütlәsinin onu örtәn süxurların tәzyiqindәn vә tektonik qüvvәlәr tәsirindәn hәrәkәtә gәlmәsi nәticәsindә yaranır. D.t.-nda müxtәlif struktur dәyişikliklәr baş verir; nüvәsindә duz kütlәsi olan günbәzvarı qırışıqlar әmәlә gәlir.
D.t. nәticәsindә adәtәn, diapir quruluşlu strukturlar yaranır. Duz günbәzlәrini örtәn vә әhatә edәn çöküntülәrdә zәngin neft vә qaz yataqlarına rast gәlinir. D.t. tәzahürlәrinә müxtәlif yaşlı çöküntülәrdә tәsadüf edilir. Xәzәryanı vә Meksika körfәzi çökәkliklәri D.t.-nın intişar tapdığı klassik әrazilәrdir.