DUZDAĞ – Azәrb. Resp. Babәk r-nu (Nax. MR) әrazisindә dağ. Naxçıvan ş.-ndәn 10 –12 km aralıdadır. Hünd. 1173 m. Yarımsәhra landşaftı yayılmışdır. Dağın c. yamacında, Böyükdüz k. yaxınlığında qәdim daşduz mәdәni var. 19 әsrin 70-ci illәrindә buradan bir neçә әdәd daş balta, çoxlu daş çәkic tapılmışdır. Tәdqiqatçıların fikrincә, bu alәtlәr daha qәdim dövrün insanlarına mәxsus olmuş vә duz çıxarmaq üçün istifadә edilmişdir. Hәmin baltalardan ikisi Naxçıvan Dövlәt Tarix Muzeyindә, qalanları Sankt-Peterburq vә Tbilisi muzeylәrindә saxlanılır. Qәdim duz mәdәnlәri 1967 ildә uçqun nәticәsindә tәsadüfәn aşkar olunmuşdur. Dağıntı yerindәn xeyli daş çәkic (әn böyüyü 30 kq ağırlığındadır) tapılmışdır. 1967 ildә tuneldә aparılan partlayış nәticәsindә uçqun zamanı girişi tutulmuş qәdim mәdәnlәrә yol açılmışdır. Yolun uz. 70 m, eni 6 m, bәzi yerlәrdә 20 m-dir. Hünd. 10 m-dәn artıq olan tunel bir-biri ilә birlәşәn 10 zaldan ibarәtdir. Zalların birindә duzdan yonulmuş beş sütun vardır. Tәdqiqatlar nәticәsindә ocaq yerlәri, divarlarda isә his izlәri aşkar edilmişdir. Bәzi yerlәrdә duz laylarının arasına vurulmuş ağac pazlar, döşәmәdә gil qab qırıqları vә maral buynuzunun hissәlәri tapılmışdır. Mәdәn divarının bir yerindә şaquli xәtlәrdәn ibarәt işarәlәr (ehtimal ki, çıxarılan duzun miqdarını göstәrәn) var. Aşkar olunmuş maddi mәdәniyyәt qalıqları, xüsusilә daş çәkiclәr qәdim D. mәdәnlәrindәn hәlә e.ә. 3–2-ci minilliklәrdәn geniş istifadә edildiyini göstәrir. Çıxarılan duz hәmçinin mübadilә vasitәsi olmuş, Böyük İpәk Yolu ilә Şәrq vә Qәrb ölkәlәrinә aparılmışdır. D.-da qәdim duz mәdәnlәrinin bazası әsasında fizioterapiya müalicәsi tәşkil olunmuşdur (1979).
Дуздаь: 1, 2 – гядим дуз мядянинин схематик планы вя кясийи; 3, 6 – даш кцзляр; 4, 5 – сцмцк алятляр.
Әd.: Ә l i y e v V.H. Azәrbaycanda Tunc dövrünün boyalı qablar mәdәniyyәti. B., 1977.