DUZDAĞ – Azәrb. Resp. Neftçala r-nunda palçıq vulkanı. Kürün sağ sahilindә әn iri yüksәklik (hünd. 18 m), Krater çölündә 14 sopka, salz vә qrifon vardır. Bunlardan beşi (şm.-q. yamacında) fәaliyyәtdә deyil. Fәaliyyәtdә olan sopka vә salzlardan qatı neft pәrdәli su, palçıq vә zәif qaz ayrılır.
Дуздаь палчыг вулканы.
Sopka kraterlәrinin diametri 2,5–3 m, salzlarınkı isә 8–10 m-dir. Sopka vә salzlardan ayrılan su vulkanın şm. hissәsindә gölmәçәlәr әmәlә gәtirir vә buxarlanaraq duzlaqlara çevrilir (vulkanın adı buradandır). Sopka brekçiyasının tutduğu sahә 20 ha, orta qalınlığı 35 m-dir. D. tektonik cәhәtdәn Xıllı qalxımının c. tağәtrafı hissәsinin c.-q. qanadına uyğun gәlir vә uzununa pozulma ilә әlaqәdardır.