DUZDAĞ GİPS YATAĞI – Azәrb. Resp. Babәk r-nu (Nax. MR) әrazisindә, Naxçıvan ş.-ndәn 10 km şm.-q.-dә, Naçıvan duz yatağından 3 km c.-ş.-dәdir. Geol. quruluşunda Sarmat mәrtәbәsinin alt, orta vә üst yarımmәrtәbәlәrinin tünd-qırmızı, yaşılımtıl-boz vә tünd-boz rәngli әhәngdaşı ilә növbәlәşәn beş gips layı iştirak edir. Faydalı qatın lay üzrә ümumi qalınlığı 5– 6 m-dir; dәrinliyә getdikcә qalınlıq azalır. Keyfiyyәtinә görә I vә II növ tikinti gipsi kimi yararlıdır. Yatağın ehtiyatı 536 min t-dur. Yataq istismar olunur.