DUZDAĞ TİRӘSİ – Azәrb. Resp. Yevlax r-nu әrazisindә alçaq dağlıq tirә. Kür-Araz ovalığının şm.-q. kәnarında, Kürәk çayının sağ sahilindәdir. Uz. 12 km, hünd. 274 m-ә qәdәrdir. Üst Pliosen vә Antropogenin gil, qum vә çaqıldaşından ibarәtdir. Yararsız torpaqlar (bedlәnd) geniş yer tutur. Gilli karstlar var.