Azərbaycan Milli Ensiklopediyası
    EZOP DİLİ

    EZOP  DİLİ  (qәdim  yunan  tәmsilçisi Ezopun adı ilә bağlıdır) – kriptoqrafiyanın bir növü; әdalәtsiz ictimai mühitdә yazıçı, yaxud  şairin  öz  әsәrini  senzuradan  vә tәzyiqlәrdәn qorumaq üçün müraciәt etdiyi mәcazi dil, bәdii ifadә vasitәsi.