Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EZOTERİZM

    EZOTERİZM (qәdim yun. ἐσωτερικός – daxili sözündәn) – kütlәyә açıqlanmayan, konkret insanlara xas olan, әsasәn, şifahi şәkildә ötürülәn biliklәr vә ruhi tәcrübәlәr mәcmusu; ekzoterizmin (kütlәvi statusa malik biliklәr toplusu) әksi. “E.” anlayışının “esoterikos” (“ezoterik”) formasında işlәndiyi ilk mәlum mәnbә Lukianın “Hәyat alveri” әsәridir (2 әsr). Müasir formada ilk dәfә Pifaqorun gizli tәlimlәrini ifadә etmәk üçün ingilis alimi T.Stenli tәrәfindәn işlәnmiş (17 әsr), “E.” formasında 19 әsrin ortalarından populyarlıq qazanmışdır.

    E. heç bir mahiyyәtin axıra qәdәr açıqlana vә müfәssәl dәrk oluna bilmәyәcәyi ilә şәrtlәnir; mahiyyәtin şüurla anlaşılmayan mәqamları xüsusi simvollarla ifadә edilir vә varlığın sirli tәrәflәri adәtәn hәmin simvolları mәnimsәmәklә dәrk olunur. E.-dә hәr hansı sәnәtin, dini, yaxud mistik tәlimin sirlәrinin açıqlanması vә ya kәnar şәxslәrә öyrәdilmәsi qadağan edilir. E.-in aşağı pillәsi nisbәtәn asan qavranılan sirlәr, orta pillәsi haqqında danışmağın qadağan edildiyi sirlәr, yuxarı pillәsi isә dәrinliyinә vә ifadәolunmazlığına görә haqqında danışılması çox çәtin olan sirlәrdir. Hәr bir dini tәlimin ezoterik vә ekzoterik tәrәflәri var. Bununla belә, E. mütlәq şәkildә dini sәciyyә daşımır. E. varlığın mahiyyәtinin әn dәrin mәqamlarının ruhi qabiliyyәtlә anlaşılmasıdır.

    Elevsin misteriyaları, orfizm E.-in әn qәdim nümunәlәri hesab olunur. Pifaqor, Platon, Aristotel öz tәlimlәrini hamıya vә xüsusi şәxslәrә öyrәtdiklәri biliklәrә bölürdülәr. Bir sıra tәdqiqatçılara görә, E.-in köklәri qәdim mifik tәsәvvürlәrә vә bütpәrәst әnәnәlәrinә bağlıdır. Orta әsrlәrdә astrologiya, әl-kimya, magiya, qnostisizm kimi tәlimlәr ezoterik sәciyyә daşıyırdı. 20 әsrin әvvәlindә rus filosofu Y.P.Blavatskaya ezoterik biliklәri öyrәnәn Teosofiya cәmiyyәti, Avstriya filosofu R.Şteyner Antroposofiya cәmiyyәti yaratmışdılar.

    Tantrizm, hermetizm, masonluq, daşamahavidya, kabbala, mesmerizm, spiritualizm, yoqa, vacrayana vә s. E.-ә daxildir. İslamda E. nümunәlәri bir sıra batini elmlәr, o cümlәdәn elm әl-әdәd (numerologiya), elm әl-hüruf (hәrf elmi), elm әllәdun (ilahi elm), beş gizli elm (simiya, kimiya, limiya, himiya vә rimiya), cәfr vә s.-dir. Bir çox sufi tәriqәtlәrindә biliklәrin gizli saxlanmasına xüsusi riayәt olunurdu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç