Ə, ә –müasir Azәrb. әlifbasının yeddinci hәrfi. Ə saitinin işarәsi vә adıdır. Azәrb. dilini bir sıra türk dillәrindәn fәrqlәndirәn dil vahidlәrindәndir. 1929 ilәdәk işlәnәn әrәb qrafikalı Azәrb. әlifbasında “әlif”, “әyn”, “hә” (yazı şәkillәri آ, ع, ه) adlandırılmışdır. Azәrb.-da 1929–39 illәrdә tәtbiq olunan latın, 1939 ildәn istifadә edilәn Kirill qrafikalı әlifbalarda, hәmçinin 1992 ildәn işlәdilәn latın qrafikalı әlifbada indiki yazı şәklindәdir: böyük – Ə (çap), (әlyazma); kiçik – ә (çap), (әlyazma). Fonetik әlifbaya malik qәdim dillәrdә “ә” saiti olmadığı üçün hәrfi işarәsi dә yoxdur. Azәrb. dilindә sözün әvvәlindә, ortasında vә sonunda işlәnir (әlәk, ipәk, dәrә). Əksәrәn adi kәmiyyәtdә (әt, sәn), bәzәn isә, xüsusilә alınma sözlәrdә uzun, yaxud qısa tәlәffüz olunur (mәlum, çәn).