DÜBRAR, K o l a n ı – Baş Qafqaz silsilәsindә dağ. Xızı vә Şabran r-nlarının sәrhәdindәdir. Hünd. 2205 m. Alt Tәbaşirin gillәrindәn vә Üst Tabaşirin әhәngdaşı, mergel vә konqlomeratlarından ibarәtdir. Dağ-çәmәn landşaftı var. Baş Qafqaz silsilәsi D.-dan ş.-dә qollara ayrılır. Ataçay vә Gilgilçayın sağ qolu Qızılçay D.-dan başlanır.