DÜKANLAR – Azәrb. Resp. Şuşa r-nunun Xәlfәli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 7 km q.-dә, Xәlfәli çayının (Qarqar çayının qolu) sahilindә, Qarabağ silsilәsindәdir. Әh. 151 (2011); işğaldan (1992, may) әvvәl heyvandarlıqla mәşğul olmuşdur. Әsas mәktәb, kitabxana, Bakı elektrik maşınqayırma z-dunun Şuşa filialı var idi.