Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    DÜNYA BANKI

    DÜNYA BANKI, D ü n y a  b a n k ı  q r u p u – әsas beynәlxalq maliyyә tәşkilatı; bir-biri ilә әlaqәli beş tәsisatdan – Beynәlxalq Yenidәnqurma vә İnkişaf Bankı (BYİB), Beynәlxalq Maliyyә Korporasiyasi (BMK), Beynәlxalq İnkişaf Assosiasiyası (BİA), Çoxtәrәfli İnvestisiya Zәmanәtlәri Agentliyi (ÇİZA), İnvestisiya Mübahisәlәrinin Hәlli üzrә Beynәlxalq Mәrkәzdәn (İMHBM) ibarәtdir. Azәrb. 5 tәsisatın hәr birinә daxildir. D.B. 1944 ildә Vaşinqtonda (ABŞ) keçirilmiş Bretton-Vuds konfransında tәsis olunmuşdur. Mәnzil-qәrargahı Vaşinqtonda (ABŞ) yerlәşir.

    BYİB qrupun baş institutudur. İnkişaf etmәkdә olan ölkәlәrin (1990-cı illәrdә keçid iqtisadiyyatlı ölkәlәr dә bunlara aid edilmişdir; 188 dövlәt üzvdür, 2016) maliyyәlәşdirilmәsini hәyata keçirir. Hazırda bazarı yeni yaranan vә orta gәlir sәviyyәsi tәqr. 1445 dollar olan ölkәlәrin inkişaf layihәlәrinin çoxu BYİB-in payına düşür. BYİB-dәn borc götürmәk imkanı olmayan әn yoxsul ölkәlәrә BİA yardım göstәrir (hazırda 173 dövlәt üzvdür). BİA imtiyazlı ödәmә müddәti 10 il olan 35–40 illik faizsiz kreditlәr verir. BMK (1956 ildә yaradılmışdır, 184 dövlәt üzvdür) inkişaf etmәkdә olan ölkәlәrin özәl sektorunu maliyyәlәşdirir, onların şirkәtlәrinә beynәlxalq bazarlarda maliyyә vәsaitlәrini sәfәrbәr etmәkdә kömәk edir.

    ÇİZA (1988 ildә yaradılmışdır; 181 dövlәt üzvdür, 2012) investorlara kommersiya vә siyasi risklәr (ekspropriasiyalar, hәrbi әmәliyyatlar, mülki iğtişaşlar, müqavilә şәrtlәrinin vә valyuta köçürmәlәrinin pozulması vә s.) üzrә zәmanәt vermәklә inkişaf etmәkdә olan ölkәlәrә xarici investisiyaların cәlb edilmәsinә kömәk edir. ÇİZA-nın sәciyyәvi sığorta polisi investisiyalara 15–20 il müddәtinә zәmanәt verir.

    İMHBM (1966 ildә yaradılmışdır; 152 dövlәt üzvdür, 2014) borc alan hökumәtlәr ilә xarici investorlar arasında barışdırıcı vә arbitraj danışıqlarının aparılması üçün mü- vafiq şәrtlәrin tәmin edilmәsi vasitәsilә investisiya axınını stimullaşdırır. O, hәmçinin tövsiyyәlәr verir vә xarici investisiyalara dair qanunvericilik әsәrlәrini nәşr edir.

    D.B.-nın tәşkilati strukturu sәhmdar müәssisә prinsipi әsasında qurulmuşdur. Әn böyük sәhmdarları (2015): ABŞ (bütün sәhmlәrin 16,4%-i), Yaponiya (7,8%), Almaniya (4,5%), B.Britaniya (4,3%) vә Fransadır (4,3%). Qalan sәhmlәr digәr üzv ölkәlәr arasında bölüşdürülmüşdür. Son qәrarı üzv ölkәlәrin hökumәtlәrinin vәzifәli şәxslәrinin daxil olduğu Direktorlar şurası verir. Şura, adәtәn, ildә bir dәfә toplanır. Gündәlik işlәrlә 24 icraçı direktor (5-i ABŞ, Yaponiya, Almaniya, B.Britaniya vә Fransadan vә 19-u qalan üzv ölkәlәrdәn) mәşğul olur. D.B.-nın prezidenti 5 illik müddәtә seçilir vә Direktorlar şurasının iclaslarına sәdrlik edir, hәmçinin Bankın fәaliyyәtinin ümumi idarәçiliyi üçün mәsuliyyәt daşıyır. Әnәnәvi olaraq, Bankın prezidenti ABŞ vәtәndaşı seçilir. 120-dәn çox ölkәdә, o cümlәdәn Azәrb.-da bankın daimi nümayәndәliyi var. Әmәkdaşlarının ümumi sayı 160 ölkәdәn tәqr. 10 min nәfәrdir. Müştәri ölkә ilә әmәkdaşlığın әsası kimi hәr üç ildәn bir “D.B. qrupunun әmәkdaşlıq strategiyası” adlı “çәrçivә” sәnәdi işlәnib hazırlanır.

    Azәrb. Resp. D.B. ilә 1992 ildәn әmәkdaşlıq edir. 1996 ildә Bankın Azәrb.-da yerli nümayәndәliyi açılmışdır. Әmәkdaşlıq çәrçivәsindә 51 layihәnin kredit-әşdirilmәsi (1992–2017) hәyata keçirilmiş, onlardan 40-ı uğurla başa çatmış, 11 la- yihәnin icrası davam etdirilir. D.B., әsasәn, bazar iqtisadiyyatına keçid üzrә islahat proqramlarının hәyata keçirilmәsi, makroiqtisadi stabillәşmә vә qeyri-neft sektorunun inkişafı, qaçqın vә mәcburi köçkünlәr probleminin hәlli, infrastrukturun (su, irriqasiya, avtomobil yolları) bәrpası, tәhsil, sәhiyyә, enerji, k.t. vә turizmin inkişafı vә s. sahәlәrdә tәdbirlәrin hәyata keçirilmәsindә yardım göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV