DÜPÜİTRÉN (Dupuytren) Qiyom (6.10.1777, Limoj yaxınlığında, Pyer-Byuf yer – 8.2.1835, Paris) – fransız cәrrahı, Paris EA (1825) vә Milli Tibb Akademiyasının (1820) üzvü. 1789 ildәn Parisdә anatomiyanı vә tәbabәti öyrәnmişdir. 1802 ildә Otel-Dyo hospitalında cәrrah rütbәsini almış, 1815 ildәn orada cәrrahiyyә şöbәsinin rәhbәri olmuş, eyni zamanda (1812 ildәn) Paris Un-tinin operativ cәrrahiyyә kafedrasına rәhbәrlik etmişdir. Cәrrahiyyәdә anatomo-fizioloji istiqamәtin gәlәcәk nümayәndәsi olmaqla, patoloji fiziologiyanın tәdrisinә böyük diqqәt ayırmışdır. Cәrrahlıq texnikasına әla yiyәlәnәrәk, onun adı ilә adlandırılan bir sıra cәrrahi әmәliyyatlar vә cәrrahi alәtlәr tәklif etmişdir. 1819 ildә içәri topuq sınığının incik sümüyü ilә birgә sınığını (Düpüitren sınığı) tәsvir etmişdir; 1831–32 illәrdә әl barmaqlarının kontrakturası nәticәsindә ovuc aponevrozunun çapıq dәyişmәsinin әtraflı şәrhini vermiş vә onun aradan qaldırılması üçün cәrrahi әmәliyyat tәklif etmişdir (Düpüitren kontrakturası vә әmәliyyatı). Çәnәnin tam rezeksiyası, әyri boyunluq zamanı operasiya variantı, köhnәlmiş çıxıqların yerinә salınması üsulları vә s.-nin texnikasını işlәyib hazırlamışdır. Fransanın әn yaxşı cәrrahı vә pedaqoq kimi beynәlxalq şöhrәt qazanmışdır. 1823 ildә XVIII Lüdovikin, sonra isә X Karlın saray cәrrahı (baron titulu ilә) tәyin olun muşdur. D.-in ölümündәn sonra Parisdә Düpüitren Muzeyi tәsis edilmişdir.
Ә s ә r l ә r i: Leçons orales de clinique chrurgi cale faites á l’Hotel-Dieu de Paris. P., 1832–1834. Vol.
1–6; Mémoire sur une maniere nouvelle de pratiquer l’operation de la pierre. P., 1836.