ƏBD ƏL-HƏYY – 14 әsrin 2-ci yarısı – 15 әsrin әvvәllәrindә yaşayıb-yaratmış Azәrb. rәssamı. Ə.әl-H. Sultan Əhmәd Cәlairinin saray rәssamı olmuş, onun Vaşinqtondakı Frir qalereyasında saxlanılan “Divan”ının (xәttat Mir Əli Tәbrizi) illüstrasiyalarını (1405–10) işlәmişdir. Sufi şair F.Əttarın yaradıcılığından bәhrәlәnmiş vә “Divan”a daxil edilmiş miniatürlәrdә (“Axtarış vadisi”, “Mәhәbbәt vadisi”, “Dәrketmә vadisi”, “Vәhdәt vadisi”, “Heyrәt vadisi”, “Tәrki-dünya” triptixi) hәmin dövrdә geniş yayılmış mistik әhvali-ruhiyyәni әks etdirmәk üçün sәyyahlar, müdriklәr, su, tәbiәt, sevgililәr vә dәstә ilә uçan quşların tәsvirini vermişdir. Bәnzәrsizliyi, bütün geniş haşiyәlәrin sahәsini tutan marginal tәsvirlәrin böyük miqyası, monoxrom rәsm Ə.әl-H.-in әsәrlәrinә tipoloji tәcrid tәsәvvürü verir. Tәbrizi tutan Teymurilәr Ə.әl-H.-i Sәmәrqәndә aparmış, o, bir müddәt orada işlәdikdәn sonra yenidәn doğma şәhәrinә qayıtmışdır. Ömrünün sonlarında Ə.әl-H. yaradıcılığının çox hissәsini mәhv etmiş, әsәrlәrinin az qismi indiki dövrә gәlib çatmışdır. Bu rәsmlәr Azәrb. miniatür sәnәtinin nadir nüsxәlәrindәn sayılır.
Ябд ял-Щяyй. Султан Ящмяд Ъялаиринin
“Диван”ына чякилмиш миниатцр (1405–10).
Фрир галерейасы. Вашингтон.