әtlik donuz cinsi. 19 әsrin ortalarında ABŞ-da yetişdirilmişdir. Açıqqızılıdan tünd-qırmızıya qәdәr çalarlı kürәn heyvandır. İri (qaban 300–350, ana donuz 230–250 kq), eksteryerindә әtlik forması yaxşı görünәn, möhkәm konstitusiyalıdır. Tağşәkilli beli vә düz qarnı olan gövdәsi uzundur; budlar yaxşı inkişaf etmişdir. D. cinsindәn olan donuzlar tezyetişkәnliyinә vә yaxşı uyğunlaşma qabiliyyәtinә görә fәrqlәnirlәr. Bir çoşqalamada 7–9 bala doğulur. Orta sutkalıq artım 740–820 q-dır. Yağsız әt çıxarı 60% vә daha çox olur. Yüksәkmәhsuldar hibridlәr alınmasında, hәmçinin digәr cinslәrin әt mәhsuldarlığını yüksәltmәk üçün geniş istifadә olunur. Mәhsuldarlığın yüksәldilmәsi istiqamәtindә seleksiya aparılır.