Azәrb. Resp.-nda palçıq vulkanı. Cәnub-Şәrqi Şirvan düzündә, Salyan ş.-ndәn 16 km c.-ş.-dәdir. Bütünlüklә sopka brekçiyasından tәşkil olunmuş xüsusilәşmiş yüksәklikdәn ibarәtdir. Vulkanın nisbi hünd. 30 m-dir. Yamacları yarğanlarla güclü parçalanmışdır. Krater çölündә onlarla sopka vә 100-ә qәdәr fәaliyyәtdә olan qrifon qruplaşmışdır. Bunlar neft pәrdәli bulanıq su vә qaz qabarcıqları ayırır. Sopka brekçiyasının yayıldığı sahә 50 ha, qalınlığı 60 m-dir. D. Babazәnәn strukturunun uzaq c.-q. periklinalında yerlәşmişdir.
Дцровдаь палчыг вулканы.